Azərbaycanın müasir neft və qaz sənayesinin tarixi Heydər Əliyevlə sıx şəkildə bağlıdır. Çünki məhz 1994-cü ildə onun tərəfindən imzalanan "Əsrin müqaviləsi"ndən sonra Xəzər hövzəsinin karbohidrogen yataqlarının genişmiqyaslı işlənilməsinə başlanılıb.
Həmin dövrdə ümummilli lider Heydər Əliyev Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəklədi və o vaxtdan etibarən, "Caspian Oil and Gas" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrildi.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, həmçinin sərginin 25 illiyi ilə bağlı Xəzər Neft və Qaz sərgisinin iştirakçıları ağacəkmə aksiyasında iştirak ediblər. Tədbirdə neft və qaz sektorunda olan xarici və yerli şirkətlərin nümayəndələri iştirak edib. Bağda xatirə lövhəsi quraşdırılıb.