CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentin qızı Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkib - VİDEO

"Son iclas" bədii-sənədli filmi 3 gün ödənişsiz nümayiş olunacaq.
Sputnik

BAKI, 23 may — Sputnik. Arzu Əliyevanın baş prodüseri olduğu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi "Son iclas" bədii-sənədli filmi 3 gün ödənişsiz nümayiş olunacaq.

Sputnik Azərbaycan xəbər verir ki, filmin təqdimat mərasimi 25 may tarixində Heydər Əliyev Mərkəzində qapalı şəkildə keçiriləcək. Növbəti 3 gün (26, 27 və 28 may) tarixlərində isə CinemaPlus kinoteatrlar şəbəkəsində film 3 gün ödənişsiz xalqa təqdim olunacaq.

Qeyd edək ki, filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb.

Xatırladaq ki, "Son iclas" filmi Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanıb.