SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezidentin yeni təyin etdiyi şəxs nazirliyin kollektivinə təqdim olundu

Elmar Məmmədyarov nazirlikdə geniş tərkibli iclas keçirib
Sputnik

BAKI, 22 may — Sputnik. Bu gün xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə xarici işlər nazirinin müavinləri, kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər, XİN-in idarə və struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib. Bu barədə Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

Prezidentdən yüksək vəzifəyə təyinat

İclasda Elmar Məmmədyarov prezident İlham Əliyevin sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunmuş Ramiz Həsənovu təqdim edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir prezidentin rəhbərliyi altında Azərbaycanın müstəqil, tarazlaşdırılmış və çoxistiqamətli xarici siyasət yürütdüyünü qeyd edərək dövlət başçısı tərəfindən XİN-in qarşısında qoyulmuş vəzifə və tapşırıqları diqqətə çatdırıb.

İclasda 2019-cu ilin Azərbaycanda diplomatik xidmətin yaranmasının 100 illik yubileyinin olduğu qeyd olunub.

Xarici işlər nazirinin müavini təyin olunmuş Ramiz Həsənov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib, Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri kimi vəzifələrdə çalışıb.