CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİM qəbul imtahanlarının nəticəsini açıqladı

Abituriyentlər iş nömrəsini 7727-ə göndərməklə də imtahan nəticələrini öyrənə bilərlər
Sputnik

BAKI, 22 may — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qruplar üzrə mayın 20-də keçirilən qəbul imtahanının nəticələrini elan edib.

DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, abituriyentlər şəxsi kabinetlərində istifadəçi adlarını və parollarını yazaraq nəticələrini öyrənə bilərlər.

Eyni zamanda abituriyentlər iş nömrəsini 7727-ə göndərməklə də imtahan nəticələrini öyrənə bilərlər.