CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda partlayış zamanı ölən və yaralananların adları bilindi

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır
Sputnik

BAKI, 22 may — Sputnik. Bakının Binəqədi rayonunda kafedə baş vermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Bundan başqa, daha 2 nəfər yaralanıb. 44 yaşlı İbrahimov Natiq Zahid oğlu və 53 yaşlı İbrahimova Şəkər Xosrov qızı xəstəxanadadırlar. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.