HADİSƏ

Hərbçilərimiz dəhşətli hadisə ilə üzləşdilər, həlak olanlar var

Qəza nəticəsində iki nəfər dünyasını dəyişib, bir nəfər isə ağır yaralanıb
Sputnik

BAKI, 22 may — Sputnik. Bakıdan Beyləqana gedən avtomobil qəzaya düşüb. Sputnik Azərbaycan unikal.org-a istinadən xəbər verir ki, qəza avtomobil Daşburuna çatarkən, Gödəklər və Qaradağlı kəndi ərazisində baş verib.

Belə ki, iki hərbçi zabitimiz 42 CA 252 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb. Qəza nəticəsində iki nəfər dünyasını dəyişib, bir qadın isə ağır yaralanıb. Dünyasını dəyişənlərin hərbçi olduğu bildirilir.

Əldə olunan məlumata görə, zabitlərdən birinin adı Murad Muradovdur, digərinin isə kimliyi hələlik məlum deyil.