HADİSƏ

Çoban iki çayın qovuşduğu ərazidən sağ dönmədi

Hadisə ötən gün axşam saatlarında baş verib
Sputnik

Leyla Abdullayeva-Sputnik Azərbaycan

BAKI, 22 may — Sputnik. Quba rayonunda 3 uşaq atası bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Xınalıq kəndinin 1985-ci il təvəllüdlü sakini Ramin Soltanağa oğlu Muğbirovu qoyunları örüşdən qaytaran zaman elektrik cəryanı vurub.

Hadisə ötən gün axşam saatlarında baş verib. R.Muğbirov qoyunları Şirvan zonasından Xınalıq yaylaqlarına aparan zaman iki çayın qovuşduğu ərazidən keçməli olub. Bu zaman elektrik cərayanına tuş gəlib. O, hadisə yerindəcə dünyasını dəyişib.

Çoban ailəli olub və 3 uşağı var. Quba Rayon Prakrorluğunda hadisə ilə bağlı araşdırma aparılır.