SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Səməd Seyidovun istefasını düzgün hesab etmirəm"

Azay Quliyev: "Siyasi qərarı Səməd Seyidov və rəhbərlik özü verəcək"
Sputnik

Eldar, Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. "Bugünkü duruma görə mənəvi baxımdan Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun istefa verməsini düzgün hesab etmirəm".

Azərbaycan - ATƏT PA münasibətlərinə aydınlıq gətirildi

Sputnik Azərbaycan xəbər verir ki, bunu Mili Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Avropa Şurasında sanksiyalarla bağlı Azərbaycan nümayəndə heyətinin rəhbərinin dəyişdirilməsi məsələsinə münasibət bildirirərkən qeyd edib. O bildirib ki, bu, bütövlükdə ədalətsiz, qərəzli, haqsız bir qərardır.

"Bunu bilə-bilə nümayəndə heyətinin rəhbərinin dəyişdirilməsini mənəvi baxımdan düzgün hesab etmirəm. Amma siyasi baxımdan vəziyyətin necə olacağını, yanaşmanın necə olacağını Səməd Seyidov və Azərbaycan hökuməti müəyyənləşdirməli, vəziyyətə uyğun qərar verilməlidir" — millət vəkili vurğulayıb.

"Mənim fikrimcə, sırf mənəvi baxımdan bu, Səməd Seyidova qarşı edilmiş haqsızlıqdır və bu haqsızlığı bilə-bilə onu nümayəndə heyəti rəhbəri vəzifəsindən uzaqlaşdırmaq düzgün deyil. Amma siyasi qərarı Səməd Seyidov və rəhbərlik özü verəcək" — A.Quliyev əlavə edib.