Onlar buna görə edam edilə bilərlər

Najib Balala deyib ki, qeyri-qanuni ovçuluq edənlər ilə mübarizə effektiv deyil
Sputnik

BAKI, 21 may — Sputnik. Qanunsuz olaraq ovçuluqla məşğul olan şəxslər adətən həbs və böyük məbləğdə pul cəriməsi ilə cəzalandırılır.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Keniyada isə qanunsuz ov etmək ilə bağlı yeni qanun hazırlanır. Bu qanuna görə, qanunsuz ov edənlərə edam cəzası verilə bilər. Qanun hələ qüvvəyə minməsə də, artıq ölkə daxilində geniş müzakirəyə səbəb olub.

Keniyanın Vəhşi Təbiəti Qoruma və Turizm naziri Najib Balala qanunla bağlı deyib ki, qeyri-qanuni ovçuluq edənlər ilə mübarizə effektiv deyil. Onlar saxlanan zaman ya həbs edilirlər, ya da 200 min dollar cərimə olunurlar. Amma buna baxmayaraq heç bir nəticə əldə edilmir və ovçuluq davam edir.

Qeyd edək ki, Keniyada qoyulan qadağalardan sonrakı 5 il ərzində qanunsuz ovçuluq 85 faiz azalıb, fil ovçuluğu isə 78 faizə düşüb.

Xatırladaq ki, BMT-nin Baş katibi Antonio Quterreş 21-ci əsrdə edam qərarının mövcudluğunun heç də uğurlu addım olmadığını və buna qarşı olduğunu deyib.