BAKI, 21 may — Sputnik. 2003-cü il mayın 21-də ilk dəfə olaraq Dialoq və inkişaf naminə Ümumdünya mədəni müxtəliflik günü (World Day for Cultural Diversity for Dialogue and Development) qeyd olunub.
Bununla bağlı YUNESKO-nun baş direktoru Koitiro Matsura beynəlxalq ictimaiyyətə xüsusi müraciət ünvanlayıb.
Müraciətdə bildirilirdi ki, hazırda dünyada mədəni müxtəlifliyin olduğu ərazilərin kəskin azalması prosesi gedir və gələcək nəsillər üçün mədəni irsin saxlanılması problemi çox aktualdır.
"Bütün bu faktlar və problemlərin mövcudluğunun etirafı 2001-ci ildə Mədəni müxtəlifliyə dair YUNESKO bəyannaməsinin qəbulunu şərtləndirib. Bu bəyannamə Fəaliyyət planının 20 əsas istiqaməti ilə müşayiət olunur. Bu Bəyannaməni imzalayan dövlətlər YUNESKO üzvü olan dövlətlər mədəni müxtəlifliyi yerli, milli və beynəlxalq səviyyədə qorumağı və faəl surətdə təbliğ etməyi öz üzərilərinə götürüblər" — deyə müraciətdə qeyd olunub.
Matsura dünya dövlətlərini qəbul etdikləri öhdəliklərə sadiq qalmağa çağırıb.