İstanbul Atatürk Hava Limanı bağlanır

Hava limanında sonuncu uçuş 31 oktyabr saat 00:00-a qədər gerçəklişdiriləcək
Sputnik

BAKI, 21 may — Sputnik. İstanbul Atatürk Hava Limanının sərnişin daşımaları üçün bağlanacağı tarix açıqlanıb. Sputnik Azərbaycan "Son Dakika"-ya istinadən xəbər verir ki, hava limanında sonuncu uçuş 31 oktyabr saat 00:00-a qədər gerçəklişdiriləcək.

Məlumata əsasən, dünya hava daşımalarında yeni mərkəz olacaq İstanbul Yeni Hava Limanı 29 oktyabrda açılacaq. 25 aprel 2018-c ilə qədər İstanbul Yeni Hava Limanında (LTFM) sınaq uçuşlarından əlavə, hər hansı bir uçuş həyata keçirilməyəcək.