CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 23-40 yaş arası işçilər tələb olunur

QTA-nın tərkibində fəaliyyət göstərəcək insitituta mütəxəssislər axtarılır
Sputnik

BAKI, 21 may — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (QTA) tərkibində fəaliyyət göstərəcək insitituta mütəxəssislər tələb olunur. QTA-nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi İnsititutuna baytarlıq ixtisası üzrə ali təhsilli mütəxəssislər (yaş həddi 23-40) tələb olunur.

Vakansiya ilə maraqlananlar öz CV-lərini (anketləri) aqtikadr2018@gmail.com elektron ünvanına göndərə və ya əlavə məlumat almaq üçün (012) 377-00-77 telefon nömrəsinə zəng edə bilər.