Türkiyədə acı gün: Daha iki şəhid xəbəri gəldi

Terrorçular hərbi maşını partladıblar
Sputnik

BAKI, 20 may — Sputnik. Türkiyədən yenə şəhid xəbəri gəlib.

Sputnik AzərbaycanSözçü-yə istinadla xəbər verir ki, Ağrı ilinin Doğubəyazid ilçəsində terrorçuların əldəqayırma mına ilə hərbi maşını partlatması nəticəsində 1 əsgər şəhid olub, 1 əsgər yaralanıb. Yaralı əsgər xəstəxanada keçinib. Şəhidlərin Tokat və Muşdan olduqları bildirilir.

Türkiyə Silahlı Qüvvələrindən verilən açıqlamada şəhidlərə rəhmət dilənir, mübarizənin sonuncu terrorçu məhv edilənə qədər davam ediləcəyi bildirilir.