CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şirvan sakini intihar edib

İntiharın səbəbləri məlum deyil
Sputnik

BAKI, 20 may — Sputnik. Şirvan sakini, 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Ağaxan gecə saatlarında yaşadığı fərdi yaşayış evində özünü asaraq intihar edib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, intiharın səbəbləri məlum deyil.

Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.