CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranda abituriyentlər 4 binada imtahan verdilər — FOTO

Ümumilikdə imtahanlarda 15 imtahan rəhbəri və 166 nəzarətçi-müəllim iştirak edib
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 20 may — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi  2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzər qəbul imtahanı keçirib.

Lənkəranda I və IV ixtisas qrupları üzər qəbul imtahanı

Keçirilən imtahanlar Respublikanın 11 şəhərində baş tutub. İmtahanlarda Bakı şəhərində 15077, Naxçıvanda 975, Gəncədə 3438, Sumqayıtda 2162, Mingəçevirdə 1555, Şəkidə 2029, Bərdədə 1193, Göyçayda 1492, Şirvanda 1739, Xaçmazda 1496 və Lənkəranda isə 1496 abituriyentin iştirakı nəzərdə tutulub.

Lənkəranda I və IV ixtisas qrupları üzər qəbul imtahanı

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Lənkəranda I və IV ixtisas qrupları üzrə keçirilən imtahanlar 4 binada baş tutub. Qeyd edək ki, Lənkəranda imtahanları ümumilikdə 15 imtahan rəhbəri və 166 nəzarətçi müəllim izləyib.