CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gənc oğlanı maşın vurdu

23 yaşlı Elvin Cəlalov Şəki şəhər daxilində marşrut üzrə hərəkət edən mikroavtobusdan düşüb yolu keçmək istəyən zaman onu minik maşını vurub
Sputnik

BAKI, 20 may — Sputnik. Mayın 19-u axşam saat 18:30 radələrində Şəki şəhəri, Arif  Abdullazadə küçəsi ev 24 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Elvin Fikrət oğlu Cəlalov kəllə-beyin travması, alın və burnunun əziyi xəsarətləri  ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki,  23 yaşlı Elvin Cəlalov Şəki şəhər daxilində  marşrut üzrə hərəkət edən mikroavtobusdan düşüb yolu keçmək istəyən zaman onu minik maşını vurub.

Xəstəxanadan Elvin Cəlalovun vəziyyətinin orta-ağır olduğu bildirilib.