RUSİYA

Həşəratlar bütöv bir vilayətin sakinlərini çıxılmaz vəziyyətə salıb

Rəsmilər bu barədə hələ ki, heç bir açıqlama verməyib
Sputnik

BAKI, 19 may — Sputnik. Ağcaqanadlar bir neçə gündür ki, Rusiyanın Voronej vilayətinin sakinlərinə aman vermir.

Sputnik Azərbaycan xəbər verir ki, vilayətin sakinləri bir neçə gündür ki, evlərindən çıxmamağa çalışırlar. Pəncərələrini açmır, ən kiçik dəlikləri belə bağlayırlar. Ərazi zərərverici həşəratların hücumuna məruz qalıb.

Rəsmilər bu barədə hələ ki, heç bir açıqlama verməyib.