BAKI, 19 may — Sputnik. Fövqəladə Hallar Nazirliyi çimərliklərdə fövqəladə hallarla bağlı davranış qaydaları və çimərlikdə təhlükəsizlik qaydaları ilə bağlı məlumat yayıb. Bu barədə Sputnik Azərbaycana nazirliyin mətbuat xidmətindən məlumat daxil olub.
Məlumatda deyilir:
— Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək!
— Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!
— Küləkli havada dənizə girmək!
— Sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək!
— Çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq!
— Suda kobud hərəkətlər etmək!
— Çimərliyi məişət və digər tullantılarla zibilləmək!
— Çimərliyə ev heyvanlarını gətirmək!
— Çimərlikdə balıq tutmaq!
— Çimərlikdə müxtəlif növ gəmi, qayıq, sal, körpü, xəbərdarlıq nişanları, üzgəclər və digər texniki qurğulara üzüb yanaşmaq və üzərinə çıxmaq!
— Çimərlik ərazisinə xilasetmə texnikası istisna olmaqla digər qayıq və kiçik gəmilərin daxil olması!
Yadda saxlayın!
— Uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir!
— Uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır!
— Uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir!
— Xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
— Xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır!
— Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq təhlükəlidir!
— Hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
Çimərliklərdə istirahət saat 900-dan 2000-dək daha təhlükəsizdir!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!