CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir dərdin 5 dərmanı

Nanə və çobanyastığı çayları da baş ağrısına kömək olur
Sputnik

BAKI, 19 may — Sputnik. Baş ağrısından çox insan əziyyət çəkir. Təbii ki, bu ağrılar müxtəlif səbəblərdən olur. Və hər kəs də baş ağrıları ilə mübarizə üsulları axtarır.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə üsulla baş ağrısını aradan qaldırmaq olar. Bir yerdə uzanaraq başın ağrıyan nahiyəsinə 15 dəqiqə ərzində buz torbası qoymaq lazımdır. Sarımsaq suyunu bir yemək qaşığı balda qarışdırıb için. Bu beyin düyünlərini canlandırır. Gicgahınıza kartof dilimi qoyaraq sakitlik əldə edə bilərsiniz. Nanə və çobanyastığı çayları da baş ağrısına kömək olur. Rahat olun və dairəvi şəkildə barmaqlarınızla başınısı masaj edin.