BAKI, 19 may – Sputnik. İyunun 15-dən iyulun 1-dək Bakıda ən çox gözlənilən və nəhəng yemək festivalı — Summer Food Fest keçiriləcək.
Layihənin təşkilatçısı qismində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Meal For Real mətbəx məkanı çıxış edir.
Festival çərçivəsində 20-dən artıq yerli müəssisə öz məxsusi yeməkləri və xüsusi menyüləri ilə qurmanları təəccübləndirəcək. Festival Qədim Şəhərdəki Qoşa Qala meydanında keçiriləcək.
Hər gün saat 11:00-dan 23:00-dək festivalın ziyarətçiləri müxtəlif viktorinalarda iştirak edə və mükafat qazana, eləcə də aşpazların ustalıq məharətinin nümayişində və master-klasslarında iştirak edə bilərlər. Bütün bunlarla yanaşı, uşaqlar üçün əyləncə yerləri, musiqili atmosfer yaradılacaq, məşhur diceylər tərəfindən təqdim olunmuş musiqi nömrələri təqdim ediləcək.
Yemək bayramına giriş sərbəst olacaq. Odur ki, hər bir ziyarətçi dünya mətbəxinin ən yaxşı yeməklərindən dada biləcək.
Qeyd edək ki, Summer Food Fest yemək festivalı artıq üçüncü dəfədir ki, Bakıda keçirilir.
Sputnik Azərbaycan Summer Food Fest-in informasiya tərəfdaşıdır.