RUSİYA

Putin Suriyanın gələcəyi barədə danışdı

Vladimir Putin Soçidə Bəşər Əsədlə görüşüb
Sputnik

BAKI, 18 may — Sputnik. Vladimir Putin və Bəşər Əsəd Suriya ərazisində terrorçuluq və terrorçu qruplaşmalarla mübarizəyə birgə fəaliyyət planını razılaşdırıblar. Sputnik Azərbaycan-ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə Soçidə görüşüb. 

Danışıqlar Əsədin Soçiyə işgüzar səfəri çərçivəsində aparılıb. Görüş Rusiya prezidentinin yay iqamətgahında baş tutub.

Görüş zamanı Əsəd Putinə terrorçuıuqla mübarizədə göstərdiyi köməyə görə minnətdarlığını bildirib. Vladimir Putin isə bu mübarizədə Suriya ordusunun uğurunu qeyd edib.

"Qeyd etmək lazımdır ki, Suriya ordusunun terrorçuluqla mübarizədə əhəmiyyətli uğurları və aktiv siyasi prosesin başlanması ilə bağlı əcnəbi silahlı qüvvələr Suriya ərazisindən çıxarılacaqlar" — Putin deyib.

Xatırladaq ki, Suriyada Rusiya, Türkiyə, ABŞ və bəzi başqa ölkələrin silahlı qüvvələri var.