MƏDƏNİYYƏT

Miss & Mister Grand Azerbaijan-ın yarımfinalına az qaldı

Yarımfinal mərhələsində finalçı olmaq və final mərhələsində iştirak hüququ qazanmaq üçün 19 bəy və 19 xanım iştirakçı öz potensialları ilə fərqənməyə çalışacaqlar
Sputnik

BAKI, 18 may — Sputnik. Doğma Bakımızda öz rəsmi açılış mərasimi ilə ölkəyə səs salmış və yüksək təşkilatçılığı ilə seçilən Miss & Mister Grand model layihəsinin çoxdan gözlənilən Möhtəşəm Yarımfinal gününün tarixi və məkanı məlum olub. Yarımfinal mərhələsi iyunun 6-da ecazkar gözəlliyi və fərqliliyi ilə paytaxtımızda nömrə bir olan "Passage 1901"-də baş tutacaq. Mərhələ 18:00-da başlayacaq. 

Miss & Mister Grand Azerbaijan yarışmasının yarımfinalının afişası

Yarımfinal mərhələsində finalçı olmaq və final mərhələsində iştirak hüququ qazanmaq üçün 19 bəy və 19 xanım iştirakçı öz potensialları ilə fərqənməyə çalışacaqlar. Lakin onlardan yalnız 10 bəy və 10 xanım iştirakçı finalçı adını qazana biləcək. 

Yarımfinal mərhələsində keçid balları, 50% Jürinin verəcəyi, 50% isə İdarə heyətinin və həmçinin əldə olunan biletlərdən veriləcək ballar əsasında hesablanacaq. Yarımfinal mərhələsində tamaşaçı qismində əyləşmək və öz favorit iştirakçınıza dəstək olmaq üçün dəyəri 20 azn (daxildir: səs vermə hüququ (hər bilet 1 səs), meyvə, energy drink, şirniyyat, qazlı və qazsız içkilər) olan biletləri əldə edə bilərsiniz. Biletləri əldə etmək üçün Allure Model Academy-ə yaxınlaşa və ya +994554084680 nömrəsi ilə əlaqə saxlamaq olar. 

Sputnik Azərbaycan Miss & Mister Grand Azərbaycan gözəllik müsabiqəsinin rəsmi informasiya tərəfdaşıdır.