RUSİYA

Prezident hökumətin tərkibini təsdiq etdi - Qonşuda

Digər təyinatlar barədə məlumat yoxdur
Sputnik

BAKI, 18 may — Sputnik. Rusiyanın baş naziri Dmitri Medvedev yeni hökumətin tərkibində gömək istədiyi şəxslərin siyahısını prezident Vladimir Putinə təqdim edib. Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən məlumat verir.

Məlumata əsasən, prezident siyahını təsdiq edib.

Beləliklə, Sergey Lavrov XİN başçısı postunu saxlayıb. Vladimir Medinski mədəniyyət, Dmitri Partuşev kənd təsərrüfatı, Vladimir Yakuşev isə tikinti naziri postlarına təyin olunublar.

Digər təyinatlar barədə məlumat yoxdur.