CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik şirkəti cərimə etdi

Faktla bağlı ASC-nin sahə rəisi Vaqif Qəmbərov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub
Sputnik

BAKI, 18 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, reyd zamanı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi "Bakı Tikinti Materialları" ASC-nin ərazisində istehsalat tullantılarının qalaqlanması faktı aşkar edilib.

Faktla bağlı ASC-nin sahə rəisi Vaqif Qəmbərov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.