VİDEO

İpək, nar və çəhrayının 50 çaları Azerbaijan Fashion Week-də

Ölkənin əsas moda hadisəsi Azerbaijan Fashion Week-in yeddinci mövsümüdür. Moda nümayişinin ilk gününün necə keçdiyinə Sputnik-in videosunda baxın.
Sputnik

Bakıda moda həftəsi Azərbaycan, Gürcüstan və Qazaxıstandan olan dizaynerlərin kolleksiyasının nümayişi ilə start götürüb.

Bu dəfə Azerbaijan Fashion Week ilk parlamentli respublikanın — Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunub.

Nümayişlərin ilk günündə Azərbaycanın əməkdar incəsənət xadimi, məşhur dizayner Fəxriyyə Xələfovanın kapsul kolleksiyalarında əks olunmuş milli motivləri təqdim edilib.