BAKI, 17 may — Sputnik. Dənizin doldurulması hesabına yeni liman şəhəri salınır. Sputnik AzərbaycanSeanews-a istinadən xəbər verir ki, dənizin doldurulması hesabına salınacaq yeni liman şəhərində 70 min adamın yaşaması planlaşdırılır.
Yeni sənaye zonası və köhnə şəhər mərkəzi arasında salınan "Colombo Port City"-də 40 min iş yeri açılacaq.
Şəhərin salınması üçün ümumilikdə 1,4 milyard dollar xərclənəcək. "Colombo Port City" 2020-ci ilin birinci yarısında ilk sakinlərini qəbul edəcək.