HADİSƏ

Prezident icra başçısının vəzifəsindən azad olunması barədə sərəncam imzaladı

Xaləddin İsgəndərov icra başçısı vəzifəsindən azad edildi
Sputnik

BAKI, 17 may — Sputnik. Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Xaləddin İsgəndərov 2012-ci ilin aprelindən Bakının Binəqədi rayonunda icra başçısı işləyib. 

X.İsgəndərov daha əvvəl — 2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti vəzifəsində, 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb.