HADİSƏ

Dəhşətli olay: Timsah balaca uşağa hücum etdi

Uşağa kömək gələnə kimi qışqırmağa başlayıb və birdən gözdən itib.
Sputnik

BAKI, 17 may — Sputnik. ABŞ-ın Florida ştatında xilasedicilər timsahın hücum etdiyi uşağı axtarırlar.

Hadisə şahidlərinin sözlərinə görə, uşaq gölə düşüb, kömək gələnə kimi qışqırmağa başlayıb və birdən gözdən itib.

Uşağa nə olduğu hələki məlum deyil. Amma balaca oğlana timsahın hücum etdiyi də istisna edilmir. Çünki gölün əhatəsində yaşayanlar dəfələrlə bildiriblər ki, orada uzunluğu 2 metrə çatan timsah görüblər.