Şimal-qərb bölgəsində fövqəladə vəziyyət: Kəndlərin altı üstünə çevrildi

Kənd sakinləri bildirirlər ki, aidiyyatı qurumlara dəfələrlə müraciət etmələrinə rəğmən, səslərinə səs verən olmayıb
Sputnik

Şahpəri  Abbasova, Sputnik Azərbaycan

BAKI, 17 may— Sputnik. Zaqatala rayonunda  bir neçə gün öncə yağan leysan nəticəsində Tala çayı daşıb. Sel rayonun Höytala, Vöhtala, Yolayrıc kəndlərinə külli miqdarda ziyan vurub. Sputnik Azərbaycan-a danışan Höytala kənd sakinlərinin sözlərinə görə, bu hadisə dəfələrlə təkrarlanıb, amma bu dəfə daha dağıdıcı olub.

Kənd sakini Ramazan Qabaçov bildirir ki, aidiyyatı qurumlara dəfələrlə müraciət etmələrinə rəğmən, səslərinə səs verən olmayıb: “Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Çaya kimi gəliblər, amma bu tərəfə keçə bilməyiblər. Kəndin içindəki vəziyyəti görməyiblər”.

Kənd sakininin fikrincə, mövcud vəziyyətin qarşısını almaq çətin deyil, texnika lazımdır: “Bu çayın mənbəyi var, oranı bağlamaq lazımdır. Əgər beton qoyulsa, bu problem həll olunar. Su gəlsə də, çaya axıb getsin. Bir dəfə də güclü sel gəlsə, bütün kənd məhv olacaq”.

Sel daşqınları kənd sakini Kərəm İmranovun həyətini yerlə-yeksan edib. O deyib ki, sel gələn gün həyəti böyük bir gölü xatırladırmış: “Sanki Tala çayı həyətimizdə idi. İllərlə əziyyət çəkib böyütdüyüm ağaclar məhv oldu. Hər il sel gəlirdi, amma bu qədər dağıdıcı olmamışdı. Yoldaşım xəstədir, borc-xərc edib onu apardım Mahaçqalaya müalicəyə. Oradan gələn gün bu hadisə oldu. 3 qızım var, onları necə böyüdəcəm?”

1 / 9
Zaqatala rayonunda bir neçə gün öncə yağan leysan nəticəsində Tala çayı daşıb
2 / 9
Zaqatala rayonunda bir neçə gün öncə yağan leysan nəticəsində Tala çayı daşıb
3 / 9
Zaqatala rayonunda bir neçə gün öncə yağan leysan nəticəsində Tala çayı daşıb
4 / 9
Zaqatala rayonunda bir neçə gün öncə yağan leysan nəticəsində Tala çayı daşıb
5 / 9
Zaqatala rayonunda bir neçə gün öncə yağan leysan nəticəsində Tala çayı daşıb
6 / 9
Zaqatala rayonunda bir neçə gün öncə yağan leysan nəticəsində Tala çayı daşıb
7 / 9
Zaqatala rayonunda bir neçə gün öncə yağan leysan nəticəsində Tala çayı daşıb
8 / 9
Zaqatala rayonunda bir neçə gün öncə yağan leysan nəticəsində Tala çayı daşıb
9 / 9
Zaqatala rayonunda bir neçə gün öncə yağan leysan nəticəsində Tala çayı daşıb

“Nə qədər xırdabuynuzlu heyvanım, toyuq-cücəm məhv oldu. Bar verən ağacların kökündən çıxarıb. 2 gün evdən bayıra çıxa bilmədik. Evimizin içini də su basmışdı, indi də nəmlidir”, — kənd sakini əlavə edib.

Baş vermiş fövqəladə hadisə kənd sakini Vahid İmranova da külli miqdarda zərər vurub. Bölgənin insanlarının yeganə gəlir mənbəyi fındıqdır. V.İmanovun fındıq sahəsini sel yuyub aparıb: “Ağacların hamısı bir müddətdən sonra quruyacaq.  Bizdən vergi istəyəcəklər, biz nə ilə vergi ödəyək? Təkcə mənim yox, həmkəndlilərimin əksəriyyətinin fındıq bağaları məhv olub. Bir sözlə, bu qədər əziyyətimiz hədər oldu”.

Rayonu sel vurdu, çay daşdı, bir kəndlə əlaqə kəsildi

Yerli sakin Məhəmməd  Xurmayev deyib ki, yaranmış vəziyyətə görə məktəblilər 5 gün dərsə gedə bilməyiblər: “Bu məsələ birdəfəlik həll olunmalıdır. Bu durumdan ən çox əziyyət çəkən uşaqlardır. Bu, onlar üçün travmadır. Hər dəfə sel gələndə uşaqlar qorxur, bundan başqa hər dəfə sel gələndə bir neçə gün dərsə gedə bilmirlər. Onlar Tala çayının üzərindəki körpüdən keçib dərsə gedirlər. Hər gün valideynlər qorxa-qorxa onları körpüdən keçirirlər”.

“O körpünü yerli sakinlərlə birlikdə tikmişdik. Körpü çox təhlükəlidir. Sel gələndə isə daha təhlükəli olur. Bir neçə il əvvəl körpüdən bir kişi düşüb öldü. Dəfələrlə körpü tikilməsini tələb etmişik. Amma hər dəfə bəhanə gətirirlər”, — deyə M.Xurmayev gileylənib.

Kənd sakini  Vüqar Mamukayev isə qeyd edib ki, sel daşqınları nəticəsində kəndin qəbiristanlığı da su altında qalıb: “Bəzi qəbir daşları yerindən qopub. Atam bu yaxınlarda rəhmətə gedib, onun üçünə gələn olmadı, bütün kənd su içində idi. İndi də qəbiristanlıq lilin içindədir. Dua etmək üçün qəbiristanlığa keçə bilmirik. Qonşu kəndlərdə də durum eynidir”.

Qeyd edək ki, Tala çayının səviyyəsi hazırda ötən günlərə nisbətən aşağı düşüb.