On bir ölkə ABŞ-ı yarıyolda qoydu

İsrail Xarici İşlər Nazirliyinin açıqladığı siyahıda 32 ölkənin açılış mərasiminə qatılacağı deyilib
Sputnik

BAKI, 17 may — Sputnik. ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsi mərasiminə 32 ölkədən yalnız 22 ölkənin qatıldığı ortaya çıxıb. Sputnik Azərbaycan"Haber7"ə istinadla xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin açıqladığı siyahıda 32 ölkənin açılış mərasiminə qatılacağı deyilib. Ancaq bəzi ölkələrin açılış mərasiminə qatılmadığı məlum olub.

İsrail səfiri Türkiyəni tərk edib

Mərasimə qatılacağı bildirilən ancaq iştirak etməyən ölkələr bunlardır: Fil Dişi Sahili, Salvador, Panama, Peru, Filippin, Serbiya, Cənubi Sudan, Tailand, Ukrayna, Albaniya və Vyetnam.

İsrail Xarici İşlər Nazirliyinin mərasimdə iştirak etmək qərarı alan ölkələrin siyahısını daha çox göstərməsinin səbəbi bilinmir.

Qeyd edək ki, mayın 14-də Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürülüb. Mərasimdə ABŞ və İsraildən olan nümayəndələr iştirak ediblər.

Fələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds şəhərinə köçürməsinə etiraz olaraq keçirilən kütləvi aksiyalarda İsrail ordusu ilə toqquşmalar baş verib. İsrail əsgərlərinin Qəzza zolağında atəş açması nəticəsində 62 fələstinli ölüb, ən az 3 min nəfər yaralanıb.