İranın müdafiə nazirinin müavini Vasif Talıbovla görüşəcək

İranın müdafiə nazirinin müavini Məhəmməd Mehdi Kərbalayi Naxçıvanda səfərdədir
Sputnik

BAKI, 17 may — Sputnik. İranın müdafiə nazirinin müavini Məhəmməd Mehdi Kərbalayi Naxçıvanda səfərdədir. Bu barədə Sputnik Azərbaycan-a eksklüziv olaraq İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata əsasən, Məhəmməd Mehdi Kərbalayi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşəcək.

Qeyd edək ki, Kərbalayi ötən gün Azərbaycanın müdafiə nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, həmçinin Azərbaycanın iqtisadiyyat nazirinin müavini ilə görüşüb. Tərəflər görüş zamanı müvafiq sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.