Bu ay onların ölkəyə gəlişinə məhdudiyyət qoyuldu

DMX-yə 2018-ci ilin aprel ayı ərzində DMX-nin "Çağrı mərkəzi"-nə 8727 zəng daxil olub
Sputnik

BAKI, 17 may — Sputnik. Miqrasiya Xidmətinə 2018-ci ilin aprel ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Miqrasiya Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı 53729 müraciət daxil olub.

Azərbaycanda 3 şübhəli əcnəbi tutulub

Ay ərzində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 3884, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 2548 müraciət daxil olub.

Ay ərzində qeyri-qanuni miqrasiya ilə bağlı Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1735 qərar qəbul edilib.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı qəbul edilmiş 1194 qərardan 962 –si ölkəni tərk etmələri barədə, 232-si ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədə olub.

İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə ərazisinə girişinə məhdudiyyət qoyulma ilə bağlı 489 qərar qəbul edilib.

Bunlardan 436 –sı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 53-ü isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı olub.

Azərbaycana 800 minə yaxın əcnəbi müraciət edib

Bunlardan 20-si Miqrasiya Məcəlləsinin 16.1.4-cü maddəsinin (şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda, əgər ölkəyə girişinə qoyulmuş məhdudiyyət müddəti bitməmişdirsə), 12-si Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinin (son 3 il ərzində 2 və daha çox inzibati məsuliyyətə cəlb edildikdə), 14-ü Miqrasiya Məcəlləsinin 79.1.1-ci maddəsinin (vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə), 7-si Miqrasiya Məcəlləsinin digər maddələrinin tələblərinin pozulmasına görə olub.

Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə bağlı- 20 fakt, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlı – 32 fakt qeydə alınıb.

DMX-yə 2018-ci ilin aprel ayı ərzində DMX-nin "Çağrı mərkəzi"-nə 8727 zəng daxil olub.