BAKI, 17 may — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan yalnız Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün sabiq baş nazir Serj Sarqsyanla görüşməyə hazırdır. Sputnik Ermənistan xəbər verir ki, bunu Paşinyan jurnalistlərə açıqlamasında bildirib.
Paşinyan jurnalistin "qonşuluqda yaşadığınız Serj Sarqsyanla görüşünürsünüzmü" sualını belə cavablandırıb: "Biz yalnız Qarabağ məsələsi ilə məlumat əldə etməyə ehtiyac olarsa görüşə bilərik".
Qeyd edək ki, Paşinyan mayın 12-i ailəsi ilə birgə hökumət başçısı üçün nəzərdə tutulan iqamətgahda yaşayır.
Xatırladaq ki, Ermənistanın baş naziri Serj Sarqsyan aprelin 23-də uzun müddət davam edən etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub. Mayın 8-ində isə Ermənistan Milli Məclisi xüsusi iclasında ölkənin baş nazirini seçib. Baş nazir postunu "Mənim addımım" hərəkatının lideri Nikol Paşinyan tutub. Onu deputatların 59-u dəstəkləyib. 42 deputat isə Paşinyanın əleyhinə səs verib.