Netanyahu "Eurovision" qalibi ilə "cücə" rəqsi oynadı - VİDEO

Netta baş nazir və xanımına toyuq formasında şirniyyat hədiyyə edib
Sputnik

BAKI, 17 may — Sputnik. İsrailin baş naziri Binyamin Netanyahu "Eurovision 2018" mahnı yarışmasının qalibi Netta Barzilai ilə görüşüb.

Sputnik Türkiyə xəbər verir ki, baş nazir görüşlə bağlı təəssüratlarını "Twitter" şəbəkəsində bölüşüb və görüşdən video paylaşıb:

"Netta Barzilai ilə Qüdsdə görüşmək necə də xoşdur. Netta, biz hamımız səni sevirik. Sən ölkəmizə çoxlu qürur gətirdin", — deyə Netanyahu yazıb.

Netta baş nazir və xanımına toyuq formasında şirniyyat hədiyyə edib. Müğənni Baş nazirlə sinxron şəkildə toyuq qanadlarının hərəkətini təqlid edərək kompozisiyanın ən yaddaqalan hissəsini təkrarlayıb.