İki ölkə yaralı fələstinlilərin Türkiyəyə gətirilməsinə icazə verməyib

Türkiyənin baş nazirinin müavini Rəcəb Akdağ Fələstindəki yaralıların Türkiyəyə gətirilməsi üçün İsrail ya da Misirə təyyarə göndərilməsinin lazım olduğunu bildirib
Sputnik

BAKI, 16 may — Sputnik. Türkiyənin baş nazirinin müavini Rəcəb Akdağ Fələstindəki yaralıların Türkiyəyə gətirilməsi üçün İsrail ya da Misirə təyyarə göndərilməsinin lazım olduğunu bildirib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, türkiyəli rəsmi hər iki ölkənin indiyədək buna icazə vermədiyini söyləyib.

Akdağ İsrail əsgərlərinin Qəzza sərhədində fələstinlilərə qarşı qətliamına dünyada səsi ən gur çıxaran ölkənin Türkiyə olduğuna diqqəti çəkib: "Belə olmağa davam edəcəyik. Oradakı məzlum qardaşlarımızın, əlillərin yanında dayanmaq bizim borcumuzdur".