HADİSƏ

Zəhərli ilanlar Bakı kəndlərinə hücum edib, yaralılar var

Gürzələr Bakı kəndlilərinə dəhşət yaşadır
Sputnik

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. "Azərbaycanda ilan sancma mövsümü başlayıb". Bunu Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, havanın istiləşməsi ilə əlaqədar olaraq Toksikologiya şöbəsinə zəhərli ilanların sancması ilə bağlı şikayətlər daxil olmaqdadır: "May ayı ərzində Kliniki Tibbi Mərkəzə artıq ilan sancmış 5 nəfər müraciət edib. Onlardan dördü Bakı ətrafındakı qəsəbələrin sakinləridir, bir nəfər isə Balakən rayonundan gətirilib. Zərərçəkmişlərin hamısını gürzə sancıb".

Qeyd edək ki, yay mövsümündə Abşeron regionunda əqrəb və hörümçək sancması da xarakterikdir. Təkcə 2017-ci il ərzində toksikologiya şöbəsinə 40-a yaxın ilan və həşarat sancmasına məruz qalan adam müraciət edib.