Çavuşoğlu ABŞ-a gedir

O, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo ilə görüşəcək
Sputnik

BAKI, 16 may — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyunun 4-də Vaşinqtona səfər edəcək. Sputnik Azərbaycan "Anadolu"ya istinadən xəbər verir ki, o, ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo ilə görüşəcək.

Pompeo ilə Çavuşoğlu görüş zamanı Suriya və Yaxın Şərqdəki vəziyyət, PKK və FETÖ ilə mübarizə kimi məsələləri müzakirə edəcək. Bundan əlavə, rəsmilərin ikitərəfli münasibətlərə də xüsusi diqqət ayıracaqları gözlənilir.

Qeyd edək ki, Çavuşoğlu ilə Pompeo sonuncu dəfə Brüseldə NATO xarici işlər nazirlərinin toplantısı zamanı görüşmüşdü.