Milli valyutalara bəd xəbər gəldi

İnvestorlar FED-in iyun ayındakı iclasında faizin bu il ikinci dəfə artırılacağını gözləyirlər
Sputnik

BAKI, 16 may — Sputnik. San-Fransisko Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Con Uilyams (John Williams) həm ABŞ, həm də xaricdə iqtisadi mənzərənin çox müsbət olduğunu deyib və bu il 3 və ya 4 dəfə faiz artırılmasının uyğun olduğu fikrini təkrar edib.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, 18 iyunda Nyu-York FED sədrliyini təhvil alacaq Uilyams verdiyi açıqlamada inflyasiyanın keçən il müvəqqəti ləngimədən sonra bu il FED-in hədəfi olan 2%-ə yaxınlaşmaqda olduğunu və işsizliyin isə 2000-ci ildən bəri ən aşağı səviyyədə olduğunu söyləyib.

İnvestorlar FED-in iyun ayındakı iclasında faizin bu il ikinci dəfə artırılacağını, il ərzində uçot dərəcəsinin 3 ya da 4 dəfə qaldırılacağını gözləyirlər.

Qeyd edək ki, sonuncu dəfə FED martın 21-də uçot dərəcəsini artırıb. Hazırda uçot dərəcəsi 1,5-1,75% səviyyəsindədir.