HƏRBİ

Bakıda mühüm hərbi toplantı keçirilir

Paytaxtımızda Azərbaycan, Türkiyə və Gürcüstan ali hərbi məktəb rəislərinin görüşü başlayıb
Sputnik

BAKI, 16 may — Sputnik. Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan ali hərbi məktəb rəislərinin üçtərəfli görüşü başlayıb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Türkiyə Quru Qoşunları Məktəbi və Gürcüstan Milli Müdafiə Akademiyasının nümayəndə heyətləri iştirak edir.

Mayın 18-dək davam edəcək tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstanın ali hərbi tədris müəssisələrinin təlim-tədris prosesləri barədə brifinqlər təqdim olunacaq, təcrübə mübadiləsi aparılıcaq, birgə fəaliyyətlər və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.