Qüds olayları ilə bağlı Türkiyə bu addımı atdı: Hökumət sözçüsü elan etdi...

Türkiyə mayın 18-də İslam Əməkdaşlıq Təşkilatını fövqəladə toplantıya çağırıb
Sputnik

BAKI, 15 may — Sputnik. Türkiyə baş nazirinin müavini və hökumət sözcüsü Bəkir Bozdağ Qudsdə yaşanan qanlı açılışdan sonra Türkiyədə 3 günlük yas elan edildiyini bildirib.

Bozdağ, "fələstinlilərə dəstək olmaq, şəhidləri hörmətlə anmaq məqsədi ilə üç gün müddətinə matəm elan edilməsi qərara alınıb" deyə bildirib.

O həmçinin Türkiyənin mayın 18-də İslam Əməkdaşlıq Təşkilatını fövqəladə toplantıya çağırdığını bildirib.

Türkiyə həm də Vaşinqton və Təl-Əvivdəki səfirləri geri çağırıb.

Mayın 14-də Qüds şəhərində ABŞ-ın İsraildəki səfirliyinin açılmasına etiraz edən fələstinlilərə qarşı İsrailin güc tətbiq etməsi nəticəsində 55 fələstinli həlak olub, 2200-dən artıq insan isə yaralanıb.

Bu hadisələrə etiraz olaraq CAR da Təl-Əvivdəki səfirini geri çağırıb.