BAKI, 15 may — Sputnik. Beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericiliyə müvafiq dəyişiklik təklif olunur.
APA-nın xəbərinə görə, bu barədə respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində təhsil naziri Ceyhun Bayramov bildirib.
O deyib ki, dəyişiklik Təhsil Nazirliyi tərəfindən hökumətlə razılaşdırılıb, təkliflər paketi Milli Məclisə təqdim olunacaq.
Nazir qeyd edib ki, beynəlxalq olimpiadalarda Azərbaycanın nəticələri ilbəil yaxşılaşır.