BAKI, 15 may — Sputnik. Fransanın paytaxtı Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) arasında görüş başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı öz "Twitter" səhifəsində Azərbaycan xarici işlər nazirinin rəsmi nümayəndəsi Hikmət Hacıyev paylaşıb.
"Xarici işlər naziri E.Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşür. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur. Azərbaycan münaqişənin tezliklə həlli üçün mahiyyətli və predmetli danışıqlara hazırdır", — deyə Hacıyev qeyd edib.