HADİSƏ

Bayıl qəsəbəsində yenidən sürüşmə oldu: Hadisə yerinə təcili yardım gəldi

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib
Sputnik

BAKI, 15 may — Sputnik. Bakının Səbail rayonunun Bayıl qəsəbəsində yenidən sürüşmə baş verib. 

"Report" xəbər verir ki, hadisə qəsəbənin Buxta 9 küçəsində qeydə alınıb. 

Yerli sakinlər ərazidə yerləşən 3-4 evin uçduğunu bildirirlər. 

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.