BAKI, 15 may — Sputnik. Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər və burada yaradılan şəraitlə tanış olublar. Təhsil naziri Ceyhun Bayramov İlham Əliyevə və Mehriban Əliyevaya kompleksdə görülən işlər barədə məlumat verib.