HADİSƏ

Müəllimin sözünə baxmadı, aqibəti faciəli oldu

24 ildir polis işləyən Raymond Rosario şikayətləri eşidən kimi şagirdlərin gözü qarşısında qızını döyüb
Sputnik

BAKI, 15 may — Sputnik. ABŞ-da 14 yaşlı qız məktəbdə müəllimlərə hörmətsizlik etdiyi üçün onun valideynləri məktəbə çağırılıb.

Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, 24 ildir polis işləyən Raymond Rosario şikayətləri eşidən kimi şagirdlərin gözü qarşısında qızını döyüb. Ata öncə qızın saçlarından tutub daha sonra kəmər ilə onu döyüb. Atanı heç kim dayandırmayıb və hamı baş verənləri kənardan izləyib. 

Hadisədən sonra ata polis tərəfindən saxlanılıb və həbs edilib.