Mətbuat mərkəzi

"Discover Silk Road Star" videokörpüsü keçiriləcək

Videokörpüdə Bakıdan müsabiqənin iştirakçısı, müğənni Emiliya Yaqubova və onun prodüseri, şairə Zəhra Bədəlbəyli iştirak edəcək
Sputnik

Bu il avqustun sonlarında İpək Yolunun ulduzunu seçmək məqsədilə Gürcüstanda Discover Silk Road Star beynəlxalq mahnı müsabiqəsi keçiriləcək. Bu müsabiqədə dünyanın 10-dan artıq ölkəsinin nümayəndəsi, eləcə də Azərbaycan təmsilçisi iştirak edəcək.

Bu məqsədlə 17 may saat 12:00 tarixində "Sputnik Azərbaycan" Muıtimedia Mətbuat Mərkəzində Bakı, Astana, Bişkek, Tbilisi və Moskvadan olan müsabiqə iştirakçılarının iştirakı ilə videokörpü olacaq.

Videokörpüdə Bakıdan müsabiqənin iştirakçısı, müğənni Emiliya Yaqubova və onun prodüseri, şairə Zəhra Bədəlbəyli iştirak edəcək.

Digər şəhərlərdə:

Tbilisidə — müsabiqənin təşkilatçısı, müğənni və şounun musiqi prodüseri Temo;

Astanada – müğənni Rüstəm Yuqunusov;

Bişkekdə — müğənni Abay Serikov;

Moskvada – Tacikistan təmsilçisi Daniel Rüstəmov.

Əlaqə vasitələri:

Ünvan: Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə.

Telefonlar: 404-13-84/85

e-mail: i.velizade@rian.ru