AKP-nin binasına silahlı hücum olub

Polis əməkdaşları hadisə yerində araşdırma aparırlar
Sputnik

BAKI, 14 may — Sputnik. Ankaranın Beypazarı bölgəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçki koordinasiya mərkəzinə silahlı hücum olub. Sputnik Türkiyə xəbər verir ki, insident bu gün səhər saatlarında baş verib.

Məlumata əsasən, silahlı hücum nəticəsində ölən və yaralanan olmayıb. Polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Prezident Ərdoğan açıqlamasında Suriyadakı transsərhəd əməliyyatları, bölgədəki əhəmiyyətli hadisələri nəzərə alaraq köhnə sistemin problemlərinin ən qısa zamanda həll edilməsinin lazım olduğunu bildirmişdi. O qeyd etmişdi ki, Türkiyədə yeni rəhbərliyə keçid daha da tezləşdirilməlidir.