SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tramp ABŞ səfirliyinin açılışına görə İsrailə gəldi

Tramp, həmçinin ABŞ və İsrail arasında olan dostluq münasibətlərinə də diqqəti çəkib
Sputnik

BAKI, 14 may — Sputnik. ABŞ prezidenti Donald Trampın qızı və müşaviri İvanka ABŞ-ın Qüdsdə səfirliyinin açılışı mərasiminə qatılmaq üçün İsrailə səfərə gəlib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İvanka öz "Twitter" səhifəsində yazıb.

"Baş nazir Netanyahu və xanım Netanyahuya səmimi qarşılanmaya görə təşəkkür edirəm. Mənim üçün sizin və ABŞ nümayəndə heyətinin tərkibində olmaq və Qüdsdə ABŞ səfirliyinə öz dəstəyimi vermək böyük şərəfdir", — deyə Tramp yazıb.

Tramp, həmçinin ABŞ və İsrail arasında olan dostluq münasibətlərinə də diqqəti çəkib.

​Qeyd edək ki, bu gün Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürüləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu gün baş tutacaq açılış mərasiminə ABŞ və İsrail rəsmilərinin qatılacağı gözlənilir.

ABŞ prezidenti Donald Tramp ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Qərar dünya dövlətləri, xüsusilə də müsəlman ölkələrinin ciddi narazılığına səbəb olub.

Fələstinlilər isə Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı sayırlar. İsrail Qüdsün şərqini ilhaq edərək şəhəri öz vahid və bölünməz paytaxtı elan edib. İsrailin bu addımı dünya birliyinin etirazına səbəb olub.