SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tbilisidəki etiraz aksiyasında gözlənilməz dönüş: Daxili işlər naziri...

"Ağ səs-küy" hərəkatı bir həftəlik taym-aut götürdüyünü elan edib
Sputnik

BAKI, 14 may — Sputnik. Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya paytaxt Tbilisidə keçirilən etiraz aksiyasının iştirakçılarından polisin keçirdiyi əməliyyat zamanı tətbiq edilən zorakılığa görə üzr istəyib. 

Bunun ardınca etiraz aksiyasını keçirən "Ağ səs-küy" hərəkatı bir həftəlik taym-aut götürdüyünü elan edib. Hərəkatın lideri Beka Tsikarişvili deyib ki, onlar hökumətə tələblərinin yerinə uetirilməsi üçün bir həftə vaxt verirlər.

Bu barədə Sputnik Gürcüstan məlumat verir.

Tbilisinin Rustaveli prospektində bir neçə gündür ki, "Ağ səs-küy" hərəkatı polisin narkotik alverçilərinə qarşı keçirdiyi əməliyyat zamanı gecə klublarının iştirakçılarına qarşı zor tətbiq olunmasına etiraz olaraq aksiya keçirilir. Aksiyada daxili işlər nazirinin və baş nazirinin izahat verməsi tələb olunur. Mayın 13-də hökumətin tərəfdarları da öz aksiyaların keçirməyə başlayıblar. Polis əks aksiyaların iştirakçılarının toqquşmaması üçün əraziyə əlavə qüvvələr cəlb edib.