HADİSƏ

Sumqayıtda abituriyent anasının gözü qarşısında intihar etdi

Anası az bal topladığı üçün danlayıb və oğlan özünü balkondan atıb
Sputnik

BAKI, 14 may — Sputnik. Qəbul imtahanında əldə edilən uğursuzluq növbəti dəfə insan faciəsi ilə nəticələnib. Belə ki, mayın 13-də Sumqayıtda növbəti intihar hadisəsi qeydə alınıb.

Borcu olan şəkili dəhşətli üsula əl atdı

Bu barədə Sputnik Azərbaycan-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat veriblər. Hadisə şəhərin 9-cu mikrorayonu ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü P.Q. özünü yaşadıqları evin 5-ci mərtəbəsindən aşağı atıb və hadisə yerindəcə keçinib.

İlkin araşdırma zamanı məlum olub ki, intihar, təqribən, gündüz saat 16.00 radələrində baş verib. Bundan bir qədər əvvəl gənc oğlan II və III qruplar üzrə keçirilən qəbul imtahanında iştirak edəndən sonra evə qayıdıbmış. Abituriyentin imtahanda kifayət qədər bal toplamadığı üçün anası onu danlayıb. Bundan qəzəblənən gənc münaqişə zamanı evin eyvanına çıxaraq özünü aşağı atıb.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.